|
Hərb / 28.08.2008 12:07 Ermənistan silahlı qüvvələri üzbəüz mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutub
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur
Ermənistan silahlı qüvvələri, avqustun 27-də, səhər saat 10:55-dən gecə saatlarına qədər, fasilələrlə, Ermənistanın Berd rayonunun adsız yüksəklikləri, Ayqepar və Çinari kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əlibəyli və Koxa Nəbi kəndlərindəki mövqelərini, həmçinin Ağdamın Yusifcanlı kəndi, Xocavəndin adsız yüksəklikləri və Kuropatkino kəndində yerləşən mövqelərindən ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub. İtki yoxdur. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|