|
İdman / 28.08.2008 11:13 Futbol üzrə milli komandamız İrana məğlub oldu
Qarşılaşmanın 82-ci dəqiqəsində İran millisinin oyunçusu Məhəmməd Nuri hesabı açıb
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşü çərçivəsində səfərdə İran millisi ilə qarşılaşıb.Tehran şəhərinin “Azadi” stadionunda baş tutmuş matçın ilk yarısı heç-heçə başa çatıb 0-0. Qarşılaşmanın 82-ci dəqiqəsində İran millisinin oyunçusu Məhəmməd Nuri hesabı açıb 1-0, matç elə bu hesabla da başa çatıb. Beləliklə İran millisi ilə keçirdiyimiz 4-cü qarşılaşmada da qalib gələ bilmədik. Qeyd edək ki, İran millisi ilə keçirdiyimiz 3 qarşılamanın heç birində millimiz qalib gələ bilməyib. 2002-ci ildə keçirilən qarşılaşmalarda 1:1, 2:2-lik heç-heçə qeydə alınıb, 2005-ci ildə keçirilən növbəti qarşılaşmada isə millimiz 2:1 hesabı ilə məğlub olub (hər üç qarşılaşma səfərdə keçirilib). Elvin Rəsul /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|