|
Hərb / 28.08.2008 10:44 Gürcüstanın Müdafiə Nazirliyi Rusiya hərbçilərinin dağıtdığı hərbi infrastrukturun bərpasına başlayıb
Batu Kuteliya: «Vurulan zərərin dəqiq ölçüsü Rusiya əsgərləri bizim ölkəmizdən çıxdıqdan sonra hesablanacaq»
Gürcüstanın Müdafiə Nazirliyi Rusiya hərbçilərinin dağıtdığı hərbi infrastrukturun bərpasına başlayıb. Bu barədə müdafiə nazirinin müavini Batu Kuteliya məlumat verib. Amma o, ölkənin hərbi infrastrukturuna vurulan zərərin məbləği barədə dəqiq heç nə deməyib: «Rusiya hərbçiləri ilk növbədə Gürcüstanın hərbi obyektlərini məhv edirdilər və onların əksəriyyəti sonuncu mismaradək qarət edilib. Vurulan zərərin dəqiq ölçüsü Rusiya əsgərləri bizim ölkəmizdən çıxdıqdan sonra hesablanacaq». Batu Kuteliya onu da bildirib ki, hərbi infrastrukturun bərpasında Gürcüstana ciddi yardım ediləcək. Bundan başqa, nazir müavini deyib ki, tezliklə Müdafiə Nazirliyinin saytında müharibə zamanı həlak olan şəxslər haqqında rəsmi məlumatlar dərc ediləcək. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|