|
Siyasət / 28.08.2008 10:42 Şanxay Əməkdaşlıq Təşkilatının sammitində tanınmamış Cənubi Osetiyadakı vəziyyət müzakirəyə çıxarılacaq
Sammitdə hər hansı bir qərarın qəbul edilməsi Çin tərəfinin mövqeyindən asılı olacaq
Bu gün Tacikistanın paytaxtı Düşənbədə baş tutacaq Şanxay Əməkdaşlıq Təşkilatının sammitində tanınmamış Cənubi Osetiyadakı vəziyyətin müzakirəyə çıxarılacağı gözlənilir. Rusiya kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, sammitdə hər hansı bir qərarın qəbul edilməsi Çin tərəfinin mövqeyindən asılı olacaq. Belə ki, separatçılıq meyllərindən əziyyət çəkən rəsmi Pekinin Rusiyanın qondarma Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması qərarını necə qarşılayacağı məlum deyil. Qeyd edək ki, Şanxay beşliyinə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan daxildir./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|