|
Kriminal / 28.08.2008 10:29 Səbayel rayon sakini çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib
Qətli törtməkdə şübhəli bilinən Fuad Kərimov artıq saxlanıb
Bu gecə paytaxtın Səbayel rayonunun 20-ci sahə adlanan hissəsində, Ömər Faiq Nemanzadə 35 ünvanında miliyyətcə rus olan 24 yaşlı Nikişin Dimitri İvanoviç aldığı çoxsaylı bıçaq xəsarətlərindən dünyasını dəyişib. O, Ömər Faiq Nemanzadə ev 80 , mənzil 4-də yaşayırmış. Cinayəti törədən şəxs isə dərhal hadisə yerindən qaçıb. Hadisə yerinə dərhal Səbayel rayon Polis İdarəsinin və Səbayel rayon Prokurorluğunun əməkdaşları gələrək araşdırmalara başlayıblar. Səbayel rayon Prokurorluğunun müstəntiqi Vüqar Ələkbərovun ANS TV-yə verdiyi məlumata görə, şahid ifadələrindən sonra məlum olub ki, qətli törədən şəxs Səbayel rayon sakini 26 yaşlı Fuad Kərimovdur. Qısa zamanda qətli törətməkdə şübhəli şəxs saxlanılaraq istintaqa cəlb olunub. Artıq faktla bağlı Səbayel rayon Prokurorluğunda Fuad Kərimov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam edir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|