|
Kriminal / 28.08.2008 16:42 Azərbaycan sərhədçiləri İrandan respublikamıza qaçaqmalçılıq yolu ilə külli miqdarda tütün məmulatının keçirilməsinin qarşısını alıblar
Azərbaycan vətəndaşı 4860 qutu “Esse” markalı və 840 qutu “Marlboro” markalı siqaretlə sərhəd pozucusu qismində saxlanılıb, digər sərhəd pozucusu isə qaçsa da sonrada yaxalanıb
Azərbaycan sərhədçiləri İrandan respublikamıza qaçaqmalçılıq yolu ilə külli miqdarda tütün məmulatının keçirilməsinin qarşısını alıblar. Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı 4860 qutu “Esse” markalı və 840 qutu “Marlboro” markalı siqaretlə sərhəd pozucusu qismində saxlanılıb, digər sərhəd pozucusu isə qaça bilib. Xidmət əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxs də saxlanılıb. Faktla bağlı istintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanılıb. Ölkə ərazisində “Xaş-xaş 2008” şərti adı altında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Şərur rayonunun Qarahəsənli kəndi ərazisində 0,5 hektar sahədən 2 ton 350 kq yabanı bitmiş çətənə kolu yığılaraq məhv edilib./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|