|
Din / 28.08.2008 12:03 Roma Papası Hindistanın şərqində hindularla xristianlar arasında baş verən toqquşmanı sərt tənqid edib
16-cı Benedikt Şərqi Hindistanda baş verən hədisə xəbərini aldıqdan sonra təəsüfləndiyini və bu hücumun insan həyatına qarşı təcavüz olduğunu bildirib
Roma Papası 16-cı Benedikt Hindistanın şərqində hindularla xristianlar arasında baş verən və 11 nəfərin ölümünə səbəb olmuş toqquşmanı sərt tənqid edib. Roma Papası Vatikan şəhərindəki çıxışı zamanı Şərqi Hindistanda baş verən hədisə xəbərini aldıqdan sonra təəsüfləndiyini və bu hücumun insan həyatına qarşı təcavüz olduğunu bildirib. “Müqəddəsliyə hörmət edən şəxslərə üzümü tutaraq insan həyatına qarşı edilmiş hər hansı hücumu pisləyirəm, bacı və qardaşlarıma həmrəyliyimi və yaxınlığımı ifadə edirəm. Mən onların bu məhəbbət naminə gördüyü işlərdə yardımçı olmağa gücünü əsirgəməməyi və bu dövrdə onları müdafiə etmələri üçün dua edirəm. Mən dini liderləri və siyasi səlahiyyətliləri hindlilərin fərqli cəmiyyətin üzvləri ilə birgə sülh şəraitində yaşamasını təmin etmək üçün birlikdə işləməyə dəvət edirəm”.
Papa 16-cı Benedikt çıxışı zamanı həmçinin bildirib ki, Hindistanın Orissa ştatında hindu liderindən başqa 4 nəfərin qətlə yetrilməsi acınacaqlı bir haldır. Qeyd edək ki, çaxnaşmanın baş verdiyi ştatın Kandahamal məntəqəsində komendant saatı tətbiq olunub. Qeyd edək ki, Hindistanda yaşayan xristianlar kimi dini azlıqlar ölkə əhalisinin 2,5 faizini təşkil edir və onların əsas hissəsi Hindistanın bu bölgəsində məskunlaşıb. Orissa şəhəri isə adətən hindlilərlə xristianlarin əsas toqquşma zonalarından biri sayılır./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|