|
Siyasət / 28.08.2008 09:57 Gürcüstan parlamentinin bu gün keçiriləcək iclasında Rusiyanın ölkənin ərazisini işğal etməsi ilə bağlı qətnamə qəbul ediləcək
Gürcü parlamenti dünya ölkələrinin parlamentlərinə hərbi əməliyyatlar nəticəsində gürcü əhalisinin etnik təmizlənməsi barədə müraciət ünvanlayıb
Gürcüstan parlamentinin bu gün keçiriləcək iclasında Rusiyanın ölkənin ərazisini işğal etməsi ilə bağlı qətnamə qəbul ediləcək. Parlamentin insan hüquqları və vətəndaş inteqrasiyası məsələləri üzrə komitəsi isə dünya ölkələrinin parlamentlərinin analoji komitələrinə hərbi əməliyyatlar nəticəsində gürcü əhalisinin etnik təmizlənməsi barədə müraciət ünvanlayıb. Ümumiyyətlə isə, rəsmi Tiflis Rusiya ilə diplomatik münasibətləri ciddi şəkildə məhdudlaşdırmaq qərarına gəlib. Bu barədə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Timur Yakobaşvili bəyan edib. Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə əlaqələri konsulluq səviyyəsinə qədər azalda bilər./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|