|
Siyasət / 27.08.2008 23:12 «ABŞ Gürcüstanın ərazi bütövlüyünü təmin edəcək»
Bu bəyanatla ABŞ-ın vitse-prezidenti Dik Çeyni çıxış edib
ABŞ-ın vitse-prezidenti Dik Çeyni, Gürcüstandakı münaqişəni Rusiya tərəfindən həyata keçirilmiş əsassız təcavüz aktı kimi qiymətləndirib. O vəd edib ei, ABŞ və müttəfiqləri Gürcüstanın ərazi bütövlüyünü təmin edəcək: «Gənc demokratiya əsaslandırılmamış təcavüzün obyektinə çevrilib. Biz gürcüləri dəstəkləyirik və Gürcüstanın ərazi bütövlüyünü təmin etmək üçün müttəfiqlərimizlə işi davam etdirəcəyik». Dik Çeyni bu bəyanatı Fenikə «Amerika legionu» təşkilatının illik qurultayında çıxışında verib. Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti gələn həftə Tiflisə səfər edəcək. Onun sözlərinə görə, dünya ictimaiyyəti Rusiyanın suveren və demokratik ölkəyə müdaxiləsini, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanımasını yekdilliklə pisləyib.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|