|
İqtisadiyyat / 28.08.2008 01:14 Bu ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo yaranıb
Ümumi hesabat dövründə isə Azərbaycanın xarici ticarət dövriyyəsi 6,1 dəfə artaraq 38 milyard 900 milyon dolları keçib
Bu ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində 30 milyard 778 milyon dollardan artıq müsbət saldo yaranıb. Dövlət gömrük komitəsindən verilən məlumata görə, müsbət göstərici ötən ilin yanvar-iyulu ilə müqayisədə 58,5 dəfə artıb. Ümumi hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi 6,1 dəfə artaraq 38 milyard 900 milyon dolları keçib. Burda ixracın payı 34 milyard 678 milyon, idxalın payı isə 3 milyard 900 milyon dollara bərabər olub. İxracın kəskin artımı xam neft hesabına baş verib. Belə ki, ixracda neft və neft məhsullarının payı 97,5 faizə çatıb. Siyahıda ikinci olan meyvə-tərəvəzin xüsusi çəkisi isə cəmi 0,27 faiz təşkil edib. İlin əvvəlindən ölkəmizə ən çox maşın, elektrik təcizatı və onlar üçün ehtiyyat hissələr, nəqliyat vasitələri və ərzaq məhsulları gətirilib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|