|
İqtisadiyyat / 27.08.2008 23:59 Neftin qiyməti yenidən bahalaşıb
Neftlə yanaşı qızıl bahalaşsa da, dolların məzənnəsi stabil qalıb
Bu gün dünya bazarında neftin qiyməti 3 dollar artaraq 118 dollar 86 sentə çatıb. Azəri-layt markalı Azərbaycan nefti isə 115 dollar 9 sentə satılır. Neftlə yanaşı qızıl da bahalaşıb. Ən son məlumatlara görə qızılın unsiyası 832 dollara və ya qramı 26 dollar 98 sentə təklif olunur. Dolların məzənnəsi isə stabildir. Birjalarda 1 avro 1 dollar 47 sentə dəyişdirilir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|