|
Hadisə / 27.08.2008 22:44 Qusarda ağır yol qəzası baş verib
Hadisə nəticəsində bir ailənin üç üzvü həlak olub, bir üzvü isə ağır vəziyyətdədir
Bu gün saat 19 radələrində Bakı-Rusiya Federasiyası avtomobil yolunun 189-cu kilometrliyində ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Qusar şəhəri, Firudin Həsrətov küçəsindəki 49 saylı evdə yaşayan Zahid Əlabbas oğlu Yusifovun idarə etdiyi «Mersedes» markalı maşın ağaca çırpılıb. Nəticədə sürücü, onun həyat 31 yaşlı həyat yoldaşı Kifayət Yusifova və 9 yaşlı oğlu Vüsal Yusifov hadisə yerində keçinib. 8 yaşlı Anar Yusifov isə xəsarət alıb və Qüsar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxananın növbətçi həkimi Ayna Ağabəyova, xəstənin vəziyyətinin ağır olduğunu bildirib. Qusar rayon Polis Şöbəsinin böyük müstəntiqi Məhəmməd İbrahimov isə ANS PRESS-ə bildirib ki, hadisə sürücünün avtomaşını yüksək sürətlə idarə etməsi və idarəetməni itirməsi nəticəsində baş verib. Sürət o qədər böyük olub ki, ağaca çırpılan maşından cəsədlərin və xəsarət alanın çıxarılması üçün texnikadan istifadə olunub. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|