|
Hadisə / 27.08.2008 21:48 Rumıniya xarici kəşfiyyat xidmətinin direktoru Bakıda rəsmi səfərdədir
O, azərbaycanlı həmkarı ilə ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Bu gün Rumıniya xarici kəşfiyyat xidmətinin direktoru Mixai Razvan Unqureanun Bakıda rəsmi səfərdə olub. O, ilk olaraq milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşüb. Görüşdə transmilli mütəşəkkil cinayətkarlıqla, eləcə də hazırda beynəlxalq aləm üçün ən təhlükəli cinayətlərdən olan terrorçuluqla mübarizə sahəsində görülən işlər və digər aktual məsələlər, habelə ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri üzrə müzakirə aparılıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|