|
Hadisə / 27.08.2008 23:36 Ukrayna hərbi xidmətçilərin və hərbi vasitələrin ölkə ərazisindən keçməsini tənzimləmək haqda qərar qəbul edib
Yeni qaydalara əsasən, Ukrayna donanmanın öz sərhədlərindən keçməyə icazə verməmək huququnu özündə saxlayır
Bu gün Ukrayna hökuməti hərbi xidmətçilərin, hərbi təyyarələrin və gəmilərin ölkə ərizisindən keçməsini tənzimləmək haqda qərar qəbul edib. Yeni qaydalara əsasən Ukrayna donanmanın öz sərhədlərindən keçməyə icazə verməmək huqunu özündə saxlayır. Əvvəllər isə Rusiya donanması Ukraynanı ancaq xəbərdar etməli idi, Ukraynanın müdafiə naziri Yuri Yexanurovun sözlərinə görə sərhəd, hərbi və gömrük xidmətçilərinin Ukrayna ərazisindən keçməsinə dair məslə Ukrayna prenzident Viktor Yuşenkonun müvafiq sərəncamı ilə həyata keçirilirdi. Prezintin baş katibinin müavini Aleksandr Şlapak isə deyib ki, bu qərar nəzərdən keçirilib və qəbul olunub. Prezidentin sərəncamının icra olnması bütün mümkün formaları təsdiq edir. İndi Qara dəniz donanmasının sərhəddən keçməsi qaydası tənzimlənəcək. Qeyd edək ki, artıq Rusiya-Gürcüstan müharibəsi quru sərhdlərindən keçərək dəniz sərhədlərinə doğru irəliləiyb. Qara dənizdə artıq müharibənin ilk izləri hiss olunur. Belə ki dənizdə ABŞ, Rusiya, İspaniya, Almaniya və Polşa gəmiləri yerləşdirilb. Qeyd edək ki, hal hazırda Qara dənizin avkvatoriyasında Almaniya, İspaniya, Polşanın da gəmiləri var. Almaniyanın “Lyübek”, və İspaniyanın “Admiral Xuan de Borbon” gəmiləri dənizdə yerləşdirilib. Rusiyanın Qara dəniz donanması tanınmamış Abxaziyaya ilk rəsmi səfərini edib. Moskva raket kreyseri və 2 döyüş gəmisi Suxumiyə gəlib və onları Abxaziya separatçılarının lideri Sergey Baqapş qarşılayıb. Rəsmi Moskva isə gəmiləri humanitar kömək göstərmək məqsədilə göndərdiyini deyib. Humanitar yardımlar olan ABŞ gəmiləri də bu gün Batumiyə gəlib. Amerikanın Dallas gəmiləri qaçnqınlar üçün içərisində 34 ton yük olan yardım gərtirib. Gürcüstan KİV-nin yaydığı məlumata görə ABŞ gəmiləri Poti limanında gözləyiblər. Qeyd edək ki, Amerikanın Makfol gəmiləri də Gürcüstana humanitar yardım gösrətmək üçün Qara dəniz vasitəsilə Gürcüstana gəlmişdilər. İçərisində 80 ton olan yükün dəyəri 13 milyon dollardır. Qeyd edək ki, 1992-ci ilin avqustundan Qara dəniz donanması Rusiya və Ukraynanın birləşmiş donanması kimi fəaliyət göstərir. Rusiya ilə Ukrayna arasında mmzalanmış sənədə əsasən 2017-ci ilə qədər Rusiya Sevastopolda öz hərbi qüvələrini yerləşdirmək üçün icarəyə götiürüb. Rusiyanın Qara dəniz donanmaısında olan infrastrukturunun demək olar ki, 70 faizi Kırım ərazisində yerləşdirilir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|