|
İqtisadiyyat / 27.08.2008 19:32 Bakıdakı yaşayış binalarının satışında problemlər meydana gəlib
Mütəxəssislərin fikrincə, əhalinin gəlirlərinin aşağı olması onlara ev almağa imkan vermir
Paytaxt Bakıda tikilən hündürmərtəbəli yaşayış binalarında mənzillərin satışında problemlər var. Mütəxəssislər deyir ki, əhalinin tələbatı yüksək olsa da, hamı mənzil ala bilmir. Bazar iştirakçılarının sözlərinə görə, indi Bakıda yeni yaşayış binalarında 1 kv.metrin qiyməti 500 manatdan yüksəkdir. Qeyd edək ki,indi Bakıdaki mənzillərin sayı 6 milyon kv.metrdən artıqdır. Rəsmi statistik məlumatlara görə Azərbaycanda il ərzində adambaşına 0,4 kv.metr yaşayış sahəsi düşür. Azərbaycanın regionları ilə müqayisədə paytaxt Bakıda daha çox yaşayış binası tikilir. MBA konsaltinq mərkəzinin direktoru Nüsrət İbrahimov 500-dən artıq binada tikintinin getdiyini bildirib. Onun fikrincə, bazarda təklif tələbdən yüksək olsa da, əhalinin böyük bir hissəsinin mənzilə ehtiyacı var. Sadəcə gəlirlərin aşağı olması onların ev almasına imkan vermir. Bunu əsas gətirən cənab İbrahimov əksər sahibkarın satış problemiylə üzləşdiyini deyir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|