|
Hadisə / 27.08.2008 19:45 Ukraynada hərbi anbar yanır
Artilleriya mərmiləri bir-birinin ardınca partlayır
Ukraynanın Xarkov vilayətində hərbi anbarda yanğın baş verib. Hazırda davam edən yanğın zamanı hərbi sursatlar partlayır. Vilayət fövqəladə hallar idarəsinin məlumatına görə, hadisə Lozovaya rayonundakı hərbi hissənin ərazisində baş verib. Tələfat və xəsarət alanlar barədə hələlik heç bir məlumat yoxdur. Hərbçilər yanğının qarşısını ala bilməyib və alov artilleriya mərmilərinin saxlanıldığı və yerin altında yerləşən anbara keçib. Anbar Xarkov vilayətinin Lozovaya şəhərindən 300 metr aralıda yerləşir. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|