|
İdman / 27.08.2008 17:37 «Xəzər-Lənkəran» futbol klubuna yeni vitse-prezident təyin olunub
Uzun müddət Palmali Şirkətlər Qrupunun strukturlarında çalışmış Araz Nəsirov klubun yeni vitse prezidentidir
Uzun müddət Palmali Şirkətlər Qrupunun strukturlarında çalışmış Araz Nəsirov «Xəzər-Lənkəran» klubunun yeni vitse prezidenti təyin olunub. Bu barədə Palmali Şirkətlər Qrupundan ANS PRESS-ə məlumat verilib. Şirkətdən bildirilir ki, «Xəzər-Lənkəran» futbol klubunda həyata keçirilən islahatlarla əlaqədar klubun vitse prezidenti Tuyğun Nadirov tutduğu vəzifəsindən azad olunub. Qeyd edək ki, ”Xəzər-Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyğun Nadirov bu gün keçirdiyi mətbuat konfransında tutduğu vəzifədən istefa verdiyini açıqlamışdı. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|