|
İqtisadiyyat / 27.08.2008 16:46 "Ölkədə şəkər qıtlığı yoxdur"
İmişli Şəkər Zavodunun direktoru İsmayıl Müslümzadə bu barədə ANS TV-yə bildirib
«Azərbaycanda şəkər qıtlığından söhbət gedə bilməz və Gürcüstanda baş verən hadisələrin buna heç bir təsiri yoxdur». İmişli Şəkər Zavodunun direktoru İsmayıl Müslümzadə bu barədə ANS TV-yə bildirib. O qeyd edib ki, indi müəssisədə sutka ərzində 1000 ton şəkər tozu istehsal olunur.
«Sadəcə zavodda aparılan yenidənqurma işləri ilə əlaqədar müəyyən müddət istehsal dayandırılmışdı. Burda qurulan yeni texnologiya sutkalıq istehalın 1300 tona çatdırılmasına imkan verib. Başqa sözlə, istehsal həcmi Azərbaycanın şəkər tozuna olan tələbatından 2 dəfə çoxdur»,-deyə İ.Müslümzadə qeyd edib. Müslümzadə onu da bildirib ki, zavodda şəkər tozunun qiyməti də dəyişməyib və əvvəlki səviyyədə saxlanılıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|