|
Açıq poçt / 27.08.2008 16:51 Abşeron rayonunda bir evi ilan basıb
Surxay Kərimovun dediyinə görə, yaşadığı evin damında ilanlar yuva qurub
Abşeron rayonunda Aşağı Güzdək kəndində 32 nömrəli evdə yaşayan Surxay Mirsahib oğlu Kərimov evində ilanların yuva qurması ilə bağlı ANSPRESS-ə müraciət edib. Adı gedən ünvanda yaşayan Surxay Kərimov bildirir ki, ailəsi ilə birlikdə 5-6 il bundan öncə tikdiyi bir otaqlı həyət evində yaşayır. Surxay Kərimovun dediyinə görə, yaşadığı evin damında ən azı 7 gürzə ilanını sayıb. Evində körpə uşaqları olan bu ailəyə təhlükə yaradan ilanlar evin damında yuva qurublar. Bununla bağlı hara müraciət etmək lazım olduğunu bilməyən vətəndaş bizimlə əlaqə saxlayaraq kömək istədi. Məsələyə aydınlıq gətirmək məqsədilə Abşeron rayon Baytarlıq İdarəsinin rəisi Fəxrəddin Səmədovla əlaqə saxladıq. İdarə rəisi bildirdi ki, faktla bağlı idarəyə heç bir məlumat və yaxud müraciət daxil olmayıb. Fəxrəddin Səmədov məsələ ilə bağlı maraqlanacağına söz verib. Azər Həsənov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|