|
Siyasət / 27.08.2008 16:20 Azərbycanda prezident seçkisini izləyəcək MDB müşahidə missiyasına qurumun icra katibi Sergey Lebedev rəhbərlik edəcək
Bu barədə qərar MDB-yə üzv ölkələrin daimi nümayəndələr şurasının Minskdə keçirilmiş iclasında qəbul olunub
Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkisini izləyəcək Müstəqil Dövlətlər Birliyinin müşahidə missiyasına qurumun icra katibi Sergey Lebedev rəhbərlik edəcək. Bu barədə qərar MDB-yə üzv ölkələrin daimi nümayəndələr şurasının Minskdə keçirilmiş iclasında qəbul olunub. Müşahidə missiyasına uzunmüddətli və qısamüddətli müşahidəçilər daxil olacaq. Uzunmüddətli müşahidəçilərin gələn ay Baakıya gələcəkləri gözlənilir. Missiyanın Azərbaycanda yaradılacaq seçki qərargahına isə MDB icraiyyə komitəsinin seçkilər şöbəsinin rəhbəri Yevqeni Sloboda rəhbərlik edəcək. Qeyd edək ki, Yevgeni Sloboda artıq bir neçə gün əvvəl Bakıda olub, MSK sədri Məzahir Pənahov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşüb./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|