|
Siyasət / 27.08.2008 16:26 Gürcüstanın Rusiyada səfiri olmayacaq? (Yenilənib)
Rəsmi Tiflis Moskva ilə bütün diplomatik münasibətləri minimuma endirir
Gürcüstan Moskvadakı səfirliyindən, iki nəfər istisna olmaqla bütün diplomatları geri çağıracaq. Bu barədə "France Press" agentliyi Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşviliyə istinadən məlumat yayıb. "Biz Rusiya ilə diplomatik əlaqələrimizi minumuma endirmişik. Bundan sonra bizim Moskvada səfirimiz olmayacaq”, deyə nazir bildirib. Gürcüstanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Qivi Şuqarov isə "İnterfaks" agentliyinə bildirib ki, səfirliyin ştat cədvəlinin ixtisara salınması və ya dilomatik missiyanın statusunun dəyişidirilməsi barədə söhbət yoxdur. "Amma konkret heç nə deyə bilmərəm”, deyə Q. Şuqarov bildirib.
Gürcü diplomatının sözlərinə görə, hələlik bu məsələ ilə bağlı Tiflisdən heç bir rəsmi məktub gəlməyib. Buna görə də Q. Şuqarov səfirlik işçilərinin iki nəfərə qədər azalacağı barədə məlumatı nə təkzib edə bilər, nə də təsdiq edə bilər. Gürcü diplomatı qeyd edib ki, hazırda səfirlikdə 16 diplomat fəaliyyət göstərir, təxminən eyni qədər əməkdaş da müqavilə ilə işləyir./ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|