|
Hərb / 27.08.2008 14:41 Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Monitorinq Azərbaycanın Bərdə-Ağdam yolunun yaxınlığında aparılıb
Bu gün cəbhə bölgəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Bərdə-Ağdam yolunun yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçiriblər. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Antal Herdiç keçirib. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrji Aberle və Vladimir Çountulov keçiriblər./ANS PRESS/ 27.08.2008 11:10 Bu gün ATƏT nümayəndələri cəbhə xəttində növbəti monitorinq keçirmək niyyətindədirlər. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, saat 10.30 radələrində ATƏT nümayəndələri Ağdam rayon İcra Hakimiyyətində olublar. İcra başçısı Həsən Sarıyevlə görüş zamanı onlara cəbhə xəttindəki vəziyyətlə bağlı ətraflı məlumat verilib. İcra başçısı bildirib ki, Ermənistan silahlı qüvvələri müntəzəm olaraq cəbhə xəttindəki mövqelərimizi və cəbhə xəttindəki yaşayış məntəqələrini atəş altında saxlayır. Bu isə sakinlərin kənd təsərrüffatı ilə məşğul olmasına əngəl törədir. İcra başçısı ATƏT nümayəndələrinə son dövrlərdə işğal altında olan ərazilərimizin yandırılması barədə də məlumat verib. Qeyd edək ki, bir azdan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Bərdə-Ağdam yolunun yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçiriləcək. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Antal Herdiç keçirəcəklər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrji Aberle və Vladimir Çountulov keçirəcəklər. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|