|
İdman / 27.08.2008 12:36 Şəhriyar Məmmədyarov yenə məğlub olub
Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq şahmat turnirinin 8-ci turunda Şəhriyar İspaniyanı təmsil edən Aleksey Şirova uduzub
Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq şahmat turnirində həmyerlimiz Şəhriyar Məmmədyarov uğursuzluq zolağından çıxa bilməyib. Mixail Talın xatirəsinə həsr olunmuş yarışın 8-ci turunda Şəhriyar İspaniyanı təmsil edən Aleksey Şirova uduzub. Qrossmeysterimiz bu görüşdə qara fiqurlarla oynayıb və 33-cü gedişdə məğlubiyyətlə barışmalı olub. Bu nəticədən sonra aktivində cəmi 3 xalı olan Məmmədyarov 8-ci pilləyə enib. Turnirin lideri ukraynalı Vasili İvançuk həmyerlisi Ruslan Panamarovla heç-heçə oynayıb. İvançuku yarışın qalibi olmaq üçün son turda heç-heçə də qane edir. Şəhriyar Məmmədyarov isə həlledici 9-cu turda Vladimir Kramniklə qarşılaşacaq. Şahmatçımız ağ fiqurlarla oynayacaq. 9-cu turun görüşləri bu gün keçiriləcək. Xatırladaq ki, bu şahmatçılar 2 gündən sonra blits yarışmasında nəyə qadir olduqlarını göstərəcəklər. Talın xatirə turnirinin mükafat fondu 200 min ABŞ dolları təşkil edir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|