|
İdman / 27.08.2008 12:34 Futbol üzrə milli komandamız bu gün İranla qarşılaşır
Tehranın «Azadi» stadionunda Bakı vaxtı ilə saat 19:30-da başlayacaq qarşılaşmanı İranlı hakimlər briqadası idarə edəcək
Bu gün A Milli futbol komandamız İran millisi ilə qarşılaşacaq. Tehranın «Azadi» stadionunda Bakı vaxtı ilə saat 19:30-da başlayacaq qarşılaşmanı İranlı hakimlər briqadası idarə edəcək. Baş hakim Hidayət Mombeniyə həmyerliləri Murtuza Kərimi və Rəsul Firuqi yardım edəcək, dördüncü hakim Əlirza Fəqanidir. İran millisi ilə bu gün keçiriləcək qarşılaşma millimizin İran millisi ilə 4-cü qarşılaması olacaq. Daha öncə baş tutan 3 qarşılamanın heç birində millimiz qalib gələ bilməyib. 2002-ci ildə keçirilən qarşılaşmalarda 1:1, 2:2-lik heç-heçə qeydə alınıb, 2005-ci ildə keçirilən növbəti qarşılaşmada isə millimiz 2:1 hesabı ilə məğlub olub (hər üç qarşılaşma səfərdə keçirilib). Bu günku matç həm də millimizin almaniyalı baş məşqçisi Berti Foqtsun başçılığı altında millimizin 4-cü matçı olacaq. Berti Foqtsun başçılığı altında keçirdiyimiz 3 matçda 1 məğlubiyyət , 1 qələbə, 1 heç-heçə əldə etmişik, ilk matçda Bosniya Hersoqovina millisinə 1:0 məğlub olsaq da, 2-ci qarşılaşmada Andorra millisini 1:2 məğlub edən millimiz, daha sonra İslandiya millisi ilə 1:1 oynayıb. Azərbaycan Futbol Federasiyaları Assosasiyası (AFFA) rəhbərliyi yaxın ərazilərdə yaşayan soydaşlarımızı stadiona gələrək millimizə dəstək olmağa çağırır.
Millimizin heyəti
Qapıçılar: Fərhad Vəliyev, Rauf Mehdiyev, Kamran Ağayev Müdafiəçilər: Mahir Şükürov, Rail Məlikov, Samir Abbasov, Rəşad Sadıqov, Emin Quliyev, Vladimir Levin, Usim Nduka Yarımmüdafiəçilər: Elmar Baxşıyev, Cavid Hüseynov, Mahmud Qurbanov, Zeynal Zeynalov, Fabio Luis Ramim, Nodar Məmmədov, Elvin Məmmədov Hücumçular: Xaqani Məmmədov, Vaqif Cavadov, Leandro Qomeş
İran millisinin heyəti
Qapıçılar: Mehdi Rahmati, Vahid Taleblou, Rəhman Əhmədi Müdafiəçilər: Hadi Aqili, Cəlal Hosseni, Mohsen Benqar, Səttar Zare, Mojtaba Şiri, Muhammed Nosrati, Hüseyn Kabi, Məcid Qulamnejad, Əhməd Alenemeh Yarımmüdafiəçilər: Ferdun Zandi, Məsud Şojae, Cavad Nekunam, İbrahim Sadiqi, Mojtaba Cabbari, Ehsan Hacisafi, Kianoş Rəhməti, Muhammed Noori, Calal Rafkei, Andranik Teymuryan Hücumçular: Vahid Haşemian, Qulamrza Rezai, Mehrzad Mədənçi, Milad Meydavudi, Rəsul Xətibi
Elvin Rəsul/ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|