|
İdman / 27.08.2008 13:08 "Araz" klubu UEFA kubokunda mübarizə aparacaq
Komandamızın çıxış edəcəyi qrupun oyunları sentyabrın 11-dən 14-dək Bakı İdman Sarayında keçiriləcək
Azərbaycanı futzal üzrə UEFA kubokunda təmsil edəcək “Araz” klubu 6-cı qrupda mübarizə aparacaq. Komandamızın çıxış edəcəyi qrupun oyunları sentyabrın 11-dən 14-dək Bakı İdman Sarayında keçiriləcək. Artıq bu oyunların hakim-inspektoru və UEFA nümayəndəsi müəyyənləşib: Hakim-inspektor Patrik Villemark (Belçika), UEFA nümayəndəsi Aleksandru Burlak (Makedoniya).
”Araz”ın oyunlarının təqvimi belədir:
11 sentyabr "Araz" - "Şkövde"
12 sentyabr "Araz" – "Nadin"
14 sentyabr "Slov-Matik" - "Araz" Elvin Rəsul /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|