|
Siyasət / 27.08.2008 12:09 AŞPA-nın iclasında Azərbaycanda prezident seçkisi öncəsi vəziyyət müzakirə oluna bilər
Assambleya bürosunun iclası sentyabrın 5-də Parisdə keçiriləcək
Avropa Şurası Parlament Assambleyası (AŞPA) bürosunun sentyabrın 5-də Parisdə keçiriləcək iclasında Azərbaycanda prezident seçkisi öncəsi vəziyyət müzakirə oluna bilər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov «Trend» agentliyinə bildirib ki, büronun gündəliyində Azərbaycanla bağlı məsələ yoxdur, lakin prezident seçkisi öncəsi olduğuna görə müzakirələrin keçiriləcəyi istisna deyil. S.Seyidov qeyd edib ki, Avropa Şurasının müşahidə missiyası Azərbaycanda prezident seçkisini izləyəcək və nümayəndə heyətinin gəlməyi gündəmdədir, ona görə də bu məsələlər büroda müzakirə oluna bilər: «Bununla belə, büronun iclasında müzakirə olunacaq əsas məsələ Gürcüstan və Rusiya arasında baş verən qarşıdurmadır». /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|