|
Hadisə / 27.08.2008 19:53 Sudanda təyyarə qaçıranlar təslim olub
Onlar sərnişin təyyarəsinin heyət üzvlərini Liviyaya uçmağa məcbur etmişdi
Sudana məxsus sərnişin təyyarəsini qaçıran terrorçular Liviya hüquq-mühafizə orqanlarına təslim olub. Məlumatı Jana informasiya agentliyi yayıb. Xatırladaq ki, Sudanın Nyala şəhərindən paytaxt Xartuma üçan təyyarə dünən Darfur döyüşçüləri tərəfindən girov götürülmüşdü. Təyyarəni qaçıranlar uçuş heyətindən Liviyaya uçmağı tələb etmişdi. Bu gün terrorçular bütün sərnişinləri azad etmişdi. Son ana qədər girovluqda uçuş heyətinin üzvləri qalmışdı. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|