|
İç Xəbər / 27.08.2008 12:01 Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı əfv fərmanının icrasına başlanılıb
Məhkumların azad edilməsi prosesində millət vəkili Məlahət Həsənova, ombudsman Elmira Süleymanova və bir qrup hüquq müdafiəçisi də iştirak edib
Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı əfv fərmanının icrasına başlanılıb. Məhkumların azad edilməsi prosesində Ədliyyə Nazirliyinin cəzaların icrası müfəttişliyinin rəisi Malik Ələkbərov, penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov, əfv komissiyasının üzvü, millət vəkili Məlahət Həsənova, ombudsman Elmira Süleymanova və bir qrup hüquq müdafiəçisi iştirak edib. Xatırladaq ki, dünən prezident Ilham Əliyev, məhkum edilmiş bir sira şəxslərin əfv olunması haqqında fərman imzalayıb.Əfv fərmanı 96 nəfərə şamil edilib.Əfv olunanlar arasında sabiq batalyon komandiri Rasim Əkbərov, Səhiyyə Nazirliyinin sabiq idarə rəisi Aleksandr Umnyaşkin, esk-spiker Rəsul Quliyevin qardaşı oğlu Bayram Quliyev və digər məhbuslar da var. Məhkumlarin azad edilməsi prosesində iştirak edən Ədliyyə Nazirliyi penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov sonuncu əfv fərmanının şamil olunduğu məhkumların 86-nın cəzasının çəkilməmiş hissəsindən azad edildiyini bildirib. Digər 10 nəfər isə azadlıqdan məhrum edilməyən şəxsdir. Ümumilikdə isə 1995-ci ildən bu günə kimi imzalanmiş əfv fərmanı 4858 nəfərə şamil olunub. /ANS TV/ Əfv olunanların tam siyahısına aşağıdakı linkdə baxa bilərsiniz.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|