|
Afişa / 26.08.2008 15:29 Xalq artisti İlhamə Quliyeva Hollandiyada konsert verəcək
Müğənninin konserti sentyabrın 25-i baş tutmalıdır
Xalq artisti İlhamə Quliyeva sentyabr ayında Hollandiyaya yola düşəcək. "İstiot"un məlumatına görə, müğənninin səfəri sentyabrın 25-də Hollandiyada verəcəyi konsert proqramı ilə əlaqədardır. Nəzərdə tutulan konsert, əslində, mart ayında baş tutmalı idi. Müğənninin anası Tükəzban xanımın vəfatı ilə əlaqədar səfər təxirə salınmışdı./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|