|
Hadisə / 21.08.2008 23:25 Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin iclası keçirilib
Təşkilatın baş katibi Nikolay Bordyuja bildirib ki, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı yeni mərhələyə qədəm qoyur
Ermənistanın paytaxtı İrəvanda kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin iclası keçirilib. Qurumun baş katibi Nikolay Bardyujanın iştirakı ilə üzv dövlətlərin müdafi nazirlərinin iştirak etdiyi iclasda 20 məsələ müzakirə edilib. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın sözlərinə görə üzv dövlətlər 2010-cü ilə qədər kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının koalisiyalı hərbi quruculuğuna dair planının həyata keçirilməsi məsələlərin, gələcək perspektivləri, hərbi hazırlığın və operativliyin təkmiləşdirilməsi məsələlərini müzakirə edəiblər. İcalsda eləcə də kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına üzv dövlətlər arasında mövcud proqramların reallaşması və maliyyələşdirilməsi məsələrinə və 2008-ci ilin 2-ci yarısı və 2009-cu ilin 1-ci yarısından təşkilatın fəaliyytəinin prioritet istiqamətlərinə və hərbi əməkdaşlığın təkmiləşdirilməsəi məsələrinə də baxılıb. Təşkilatın baş katibi Nikolay Bordyuja isə bildirib ki, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı yeni mərhələyə qədəm qoyur.
“Əgər biz əvvəllər fəaliyytələrin əlaqələndirilməsi və möhkəmləndirilməsi ilə məşğul olurduqsa, indi mövcud proqramlar çərçivəsində hərbi əməkdaşlığı və hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlığımızı daha da artırmalıyıq”.
Qeyd edək ki, iclasda təşkilata üzv dövlətlərin və regionda hərbi-siyasi vəziyyət müzakiər olunub. İclasın sonnuda isə qurumun müdafiə nazirləri şurasına sədrlik Qırğızıstandan Ermənsitana keçib. Avqustun 22-də Ermənistanın müdafiə nazirliyinin təlim poleqonunda “rubej 2008-in” son məhrəhələsi olcaq. Xatırladq ki, 4 mərhələdən ibarət 'rubej 2008' bu ilin yayında başlayıb. Bu il kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı tarixində ilk dəfə olraq 3 mərhələdə aparılır. Strateji, operativ və taktiki. 'Rubej 2008' təlimlərinin 1-ci mərhələsi iyulun 22-də Ermənistanda, 2-ci mərhələsi isə iyulun 30-31-də Moskvada keçirilb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|