|
İqtisadiyyat / 21.08.2008 22:05 Neftin qiyməti yenidən bahalaşmaya başlayıb
Bahalaşma investorların qızıla olan marağını artırıb və nəticədə qızıl qiymətlərində də artım müşahidə olunub
Bu gün dünya bazarında neftin qiyməti 3 faiz bahalaşaraq 121 dollara satılıb. Bahalaşmaya səbəb kimi isə, dolların ucuzlaşması göstərilir. Belə ki, bu gün 1 avro 1 dollar 48 sentə dəyişdirilib. Dolların məzənnəsində baş verən ucuzlaşma investorların qızıla olan marağını artırıb. Nəticədə qızılın unsiyası da, 843 dollara qədər bahalaşıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|