|
Hərb / 21.08.2008 20:16 Ağdamın işğal altındaki ərazilərində son illərin ən irimiqyaslı yanğını törədilib
Yanğın nəticəsində meydana gələn alovu Ağdam, Tərtər, Ağcabədi və Bərdə rayonlarının cəbhəyani ərazilərindən aydın görmək mümkün olub
Avqustun 20-də gecə saatlarından başlayaraq ermənilər Ağdamın işğal altındaki ərazilərində son illərin ən irimiqyaslı yanğınını törədib. İşğal altındaki Yusifcanlı kəndi ərazisindən başlayan yanğın tədricən ətrafa yayılıb və bütün kəndi əhatə edib. Tezliklə yaxınlıqdaki Bağbanlar, İsmayilbəyli, Novruzlu, Abdal Gülablı, Sarıcalı kəndlərinə də od vurulub. Gecə saat 23-dən sonra isə Seyidli, Göytəpə, kəndləri və Şahbulaq yüksəkliyinin ətrafındaki sahələrdə də alov müşahidə olunub. Ümumilikdə təmas xətti boyunca 20 km-lik ərazidə işğaldaki 15-dən çox yaşayış məntəqəsini əhatə edən yanğın bu gün də davam edib. Alovu Ağdam, Tərtər, Ağcabədi və Bərdə rayonlarının cəbhəyani ərazilərindən aydın görmək mümkün olub. Təmas xəttinin yaxınlığında yerləşən və Azərbaycanın nəzarətində olan yaşayış məntəqələrini alovun meydana qətirdiyi tüstü bürüyüb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|