|
İç Xəbər / 21.08.2008 16:55 Hava şəraiti sabahdan nisbətən sərinləşəcək
Temperatur ötən günlərə nisbətən bir neçə dərəcə aşağı düşəcək
Ölkədə avqustun 18-dən müşahidə edilən anomal isti hava şəraiti sabahdan nisbətən sərinləşməyə başlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 22-dən havanın temperaturu ötən günlərə nisbətən bir neçə dərəcə aşağı düşəcək. Avqustun 22 və 23-də respublika ərazisində yağmursuz hava şəraiti müşahidə ediləcək, axşam və gecə saatlarında isə bəzi qərb rayonlarında qısamüddətli yağış ehtimalı var, qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq, şimal küləyi əsəcək, arabir güclənəcək. Gecə 23-26, gündüz 35-37 dərəcə isti olacaq. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|