|
Siyasət / 21.08.2008 18:06 Tiflisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin gəncləri Rusiyaya etiraz olaraq yürüş keçiriblər
Yürüş iştirakçıları etiraz plakatları ilə mədəniyyət mərkəzinin binasından Tiflisdəki 73 nömrəli məktəbə doğru irəliləyiblər
Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinin gənclərdən ibarət bir qrupu Rusiya qoşunlarının Gürcüstan ərazisinə daxil olmasına etiraz olaraq yürüş keçirib. Azərbaycan və Gürcüstan bayraqlarını dalğalandıran yürüşçülər etiraz plakatları ilə mədəniyyət mərkəzinin binasından Tiflisdəki 73 nömrəli məktəbə doğru irəliləyiblər. Nümayiş iştirakçıları yürüşü başa çatdırdıqdan sonra həmin məktəbdə məskunlaşmış məcburi köçkünlərə yardım göstəriblər. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|