|
Seçki 2008 / 21.08.2008 15:35 Xetaq Qazyumov Olimpiya üçüncüsü oldu
Güləşçimiz təsəlliverici görüşdə Ukrayna güləşçisi Georgi Tıbilovu məğlub edib
Pekin Olimpiadasında 96 kq çəkidə ölkəmizi təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov təsəlliverici görüşdə Ukrayna güləşçisi Georgi Tıbilovu məğlub edərək olimpiya oyunlarının bürünc medalını qazanıb. Qeyd edək ki, Xetaq Qazyumov ilk görüşdə polşalı Mateusz Qucmanı məğlub edib, güləşçimiz 1/8 finalda fransalı Aka Akasse Vinsentdən üstün olub, 1/4 finalda özbək Qurban Qurbanova da qalib gələn X.Qazyumov yarımfinalda rusiyalı Şirvani Muradova məğlub olaraq finala çıxmaq şansını itirsə də, bürünc medal uğrunda təsəlliverici görüşlərdə iştirak etmək şansı qazanmışdı. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|