|
Siyasət / 21.08.2008 16:36 Gürcüstanın iri şəhərlərində yeni tədris ili oktyabr ayında başlaya bilər
Bu barədə Gürcüstanın təhsil naziri Marika Qersamiya məlumat verib
Gürcüstanın iri şəhərlərində (əsasən də gürcü-osetin münaqişəsi və həmin əraziyə yaxın yerlərdən məcburi köçkün düşmüş əhalinin yerləşdiyi şəhərlərdə) yeni tədris ili oktyabr ayında başlaya bilər. Bu barədə “Novosti-Qruziya”ya Gürcüstanın təhsil naziri Marika Qersamiya məlumat verib. "Hazırda biz güman edirik ki, məcburi köçkünlərin yerləşdiyi iri şəhərərdə məktəblər oktyabrın 1-dən tez fəaliyyətə başlamayacaq”, deyə Qersamiya bildirib. Nazir eyni zamanda bildirb ki, həmin vaxtadək məcburi köçkünlərin tədricən öz daimi yaşayış yerlərinə qayıdacaqlarına ümid edir. Nazirin sözlərinə görə, ali məktəblərdə tədrisin başlaması məsələsi də hələ ki, həll edilməyib. Qeyd edək ki, Gürcüstanın Ədliyyə Nazirliyinin vətəndaşların qeydiyyatı agentliyinin son məlumatına görə, 120 min nəfər məcburi köçkün və 543 kompakt yerləşdirilmə qeydə alınıb. BMT-nin qaçqınlar üzrə ali komissarlığının məlumatına görə, isə münaqişə nəticəsində məcburi köçkünlərin sayı 158 mini ötüb. Və onarın hamısının humanitar yardıma ehtiyacı var. Təqribən 30 min zərərçəkmiş Rusiyaya qaçıb. Amma məcburi köçkünlərin əksəriyyəti Gürcüstanın özündə özünə sığınacaq tapıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|