BU GÜN09.01.2009
HAVA
BAZAR
NAMAZFəcr
06:08
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Siyasət / 21.08.2008 14:58
"Rusiya NATO ilə münasibətlərinə yenidən baxacaq"
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib

"Rusiya NATO ilə münasibətlərinə yenidən baxacaq". Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib. Onun sözlərinə görə, dəyişikliklər Rusiya və Şimali Atlantika alyansı arasında hərbi əməkdaşlığa da toxunacaq.

Rusiyanın Gürcüstandan ordunu dislokasiya etmək barədə bəyanatından sonra ciddi bir dəyişiklik baş verməyib. Poti limanında hazırda 5 BTR və 100 Rusiya hərbi qulluqçusu yerləşir. Bu səhər hərbi dəniz qüvvələrinə məxsus əraziyə daxil olan rus hərbi birləşmələri buraya zərbələr endirib. Gürcü mənbələrinin yaydığı məlumata görə, onlar buradakı bankomatı partladıblar. Hadisə şahidlərinin sözlərinə görə, bankomatda pulun olub-olmadığını yoxlayandan sonra ruslar buranı dağıdıblar. Ərazidə gürcü polisi nəzarəti ələ alsa da, rus ordusu öz mövqelərindən geri çəkilməyib.

Ötən gün  axşam saatlarında Rusiya hərbi karvanı yenidən Qoriyə qayıdıb, Qoriyə giriş-çıxış hərbçilər tərəfindən nəzarətə götürülüb, şəhərdə 3 nəzarət buraxılış məntəqəsi qurulub, Rusiya hərbçiləri Avropa Şurası Parlament Assambleyası monitorinq komitəsinin Gürcüstan üzrə həmməruzəçiləri Matiaş Erşi və Kastriot İslamini Qori şəhərinə buraxmayıblar.  Həmməruzəçilər Tiflisdən çıxarkən İqoeti qəsəbəsi yaxınlığında Rusiya hərbçiləri tərəfindən saxlanılıblar. Matiaş Erşi jurnalistlərə deyib ki, Qorinin Rusiya əsgərləri tərəfindən mühasirədə saxlanması və oraya Avropa Şurasının nümayəndələrinin buraxılmaması qeyri-normal vəziyyətdir: "bu, Avropa Şurasının tarixində ilk hadisədir ki, quruma üzv olan bir ölkə digər ölkəni işğal edir”. Fransanın Gürcüstandakı səfiri Erik Furnye isə Qori şəhərini tərk edərkən, Rusiya hərbiçiləri tərəfindən saxlanılıb.
 Rusiya telekanallarının  yaydığı məlumata görə, Cənubi Osetiyada fövqəladə vəziyyət rejimi ləğv edilsə də, komendant saatı qalmaqdadır. Mənbəyə görə, rus hərbi birləşmələri Qorini qrafikə uyğun olaraq tərk edir. Bu gün Qoridən Tsxinvaliyə 40 -a yaxın ağır zirehli texnikadan ibarət ilk hərbi kolon yola düşərək Şimali Osetiya sərhədinə hərəkət edib.

Rusiya hərbi birləşmələri tərəfindən girovluqda saxlanılan 21 gürcü polisinin vəziyyəti normaldır. Bu barədə Xobski və Poti yepiskopu Vladiko Qriqol məlumat verib. Yepiskop deyib ki, onların azad ediləcəyi vaxt məlum deyil. O həmçinin deyib ki, rus hərbçilərinin Qoridən çıxmasına baxmayaraq digər gürcü regionlarına yeni texnikalar yerləşdirirlər.
 Ötən gün Tiflisə gələn NATO-nun Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Robert Simmons NATO-nun Rusiyanın ordunu Gürcüstandan çıxarmaq barədə öhdəliyə əməl etməyəcəyi təqdirdə kəskin addımlar atacağını deyib. 2 günlük səfər çərçivəsində NATO rəsmisi səfərin məqsədinin vəziyyətlə yerindəcə tanış olmaq olduğunu qeyd edib. “NATO Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Ümid edirəm ki, rus ordusu tezliklə buranı tərk edəcək. NATO üzvü olan bütün ölkələr belə çətin anlarda Gürcüstanın tərəfindədir”, deyə Simmons deyib.

Avropa parlamenti Rusiyanın gürcü-osetin münaqişə zonasından ordusunu çıxarmaq barədə öhdəliyi yerinə yetirməzsə, birlik Rusiya ilə strateji münasibətləri kəsmək niyyətindədir. Bu barədə məlumatı Parlament Assembleyasının beynəlxalq işlər komitəsinin sədri Yaçek Sariuş Volski verib. Onun sözlərinə görə, qurum NATO-dan da kəskin addımlara əl atacaq.

Gürcüstanda baş verən hadisələrlə əlaqədar, bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb bu ölkəyə səfər edib. ATƏT sədrini səfərdə qurumun 20 nümayəndədən ibarət müşahidəçi missiyası izləyir. Səfər çərçivəsində,  Aleksandr Stubb Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşməyi planlaşdırır. Müşahidəçi missiyanın isə ölkənin şərqinə baş çəkəcəyi gözlənilir.

Bu gün Azərbaycanda səfərdə olan Ruminıya prezidenti Trayan Basesku bu gün həmçinin Gürüstana qısa müddətli səfərə gəlib. O, Gürcü həmkarı ilə görüşündə Rusiya ilə Gürcüstan arasında münasibətləri müzakirə edəcək. Gürcüstan dövlət dəftərxanasından verilən məlumata görə, Rumıniya prezidenti təyyarə ilə Tsxinvalidən olan qaçqınlar üçün humanitar yardım gətirib. Tiflisdən sonra Baseskunun Türkiyəyə səfəri gözlənilir./ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
09.01.2009
01:12 Dünya Bankı 2009-cu il üzrə qlobal iqtisadi perspektivlər adlı hesabatını açıqlayıb
00:08 Estoniya prezidentinin Bakı səfərinə hazırlıq görülür
08.01.2009
23:44 ABŞ Konqresi Barak Obamanın qələbəsini təsdiqlədi
23:15 Konstitusiya Məhkəməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanununun şərh olunmasına dair xüsusi konstitusiya icraatı üzrə işə baxıb
22:54 Kriştianu Rondaldu qəzaya düşüb
22:02 Vladmir Putin: ««Nabukko» layihəsinin reallaşmasına mane olmayacağıq»
21:41 Gürcüstan parlamentinin spikeri əməliyyat olunub
20:58 Xaçmaz sakini donaraq ölüb
19:52 BMT Qəzzadakı humanitar fəaliyyətini dayandırır
19:02 İranlı hakerlər «Mossad»ın internet saytına hücum edib
18:27 “Azəriqaz” əhaliyə müraciət edib
17:54 Məşq etmək üçün Türkiyəyə gedən "Xəzər-Lənkəran" klubunun qaldığı oteli su basıb
17:47 Nəsimi rayonunda yerləşən yataqxanada partlayış baş verib
17:44 Aşura günü qanvermə mərasimindən yığılan qan bu gündən ehtiyac sahiblərinə çatdırılır
17:39 Oğurluğa cəhd edən şəxs polis əməkdaşına xəsarət yetirib
17:37 Avropada 47 nəfər soyuqdan ölüb
17:29 Mahmud Qurbanov rəsmən "Bakı"lı oldu
16:48 Bu ilin sonunda özəlləşdirmə çeklərinin istifadə müddəti başa çatır
16:38 Neft ucuzlaşıb
16:32 "Akkord" şirkəti 1500 işçisini məzuniyyətə göndərib
16:14 Rusiyanın Ryazan şəhərində Yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək
16:10 İsrailin xarici işlər naziri Türkiyəyə buraxılmadı
16:04 Yasamal rayon Dini İcmasının rəhbərinin barəsində cinayət işi başlanıb
15:43 Sabah Qubada kişi voleybolçular arasında Dünya çempionatının seçmə oyunları start götürəcək
15:41 "Sevilya"lı futbolçu oyun zamanı Fələstinə dəstək verib (Foto)
15:06 Baş Prokurorluqda Referendum Aktı ilə əlaqədar olaraq kollegiya iclası keçirilib
14:58 Bakıda 20 saylı seçki məntəqəsində partlayış baş verib
14:54 Bu gün Səbail rayonunda fərdi yaşayış evində partlayış baş verib, bir nəfər xəsarət alıb (Yenilənib)
13:57 Samuel Eto'o "Barselona"da qalacaq
13:52 Bu gün Livandan İsrailə daha bir raket atılıb
13:32 Azərbaycan A milli komandasının heyəti açıqlanıb
13:14 İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri Səid Cəlili Qəzza ilə bağlı müzakirələr aparmaq üçün Ankaraya gəlib
13:09 Şirvan şəhərində 17 yaşlı tələbəni qətlə yetirən şəxs tutulub
12:51 Azərbaycan voleybol millisi Slovakiya voleybolçularını məğlub edib
12:21 Mahmud Qurbanov "Bakı"lı olur
12:19 Azərbaycan musiqiçiləri Polşada konsert verəcək
12:16 Bu gecə paytaxtda iki ev yanıb
12:04 Türkiyənin Azərbaycandakı səfirliyi yanında Ticarət Nümayəndəliyinin yeni rəhbəri təyin edilib
12:01 Qəzza alovlar içində (FOTOREPORTAJ)
11:25 İsrail ordusu Livana zərbələr endirib
11:19 Azərbaycan A milli komandası Dubaya gedir
11:18 Futbol üzrə Azərbaycan millisi Rusiyaya məğlub olub
11:15 İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı 700-ü keçib
11:07 Binəqədi rayonunda fərdi yaşayış evində dəhşətli partlayış olub (FOTOREPORTAJ)
10:49 Yeniyetmələr və gənclər arasında güləş üzrə Bakı birinciliyi keçirilir
10:47 Ağır Atletika üzrə Azərbaycan çempionatı start götürür
10:45 Bakı şəhərində soyğunçuluq edən şəxs tutulub
10:44 Bakıda axtarışda olan şəxs saxlanıb
10:31 Livan İsrailə raket atıb
10:22 “Hizbullah” lideri Şeyx Nəsrullah bəyan edib ki, fələstinlilərə dəstək məqsədilə Qəzzada ikinci cəbhə açmağa hazırdı
01:11 Keçən il Bakıda yeni tikilən binaların qiyməti bahalaşıb
01:04 Bakıda 2000-ə yaxın şəxs Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasına qoşulub
07.01.2009
23:45 Asiya Çempionlar Liqasının püşkü atılıb
23:16 Ebru Polad: «Azərbaycanlı nazir oğlu sevgilimdir»
22:54 Rəsmi Moskva Uraynayaya güzəştə getməyəcəyini bir daha bəyan etdi
22:30 Beş ABŞ prezidentinin görüşü başlayıb
22:11 Türkiyədəki kütləvi Aşura mərasimində Dağlıq Qarabağla bağlı bəyanatlar səslənib
21:16 Bakı-Quba yolunda mikroavtobus minik avtomobili ilə toqquşub
20:32 ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərə gələcək
20:09 «Palmali»nin yeni gəmisi istifadəyə verilib
18:58 Yaxın bir neçə gündə havada kəskin dəyişiklik gözlənilmir
17:58 Dakar Rallisində yarışan fransız motosikletçinin cəsədi tapılıb
17:45 YAP-ın təşviqat qrupu konstitusiya islahatları ilə bağlı imzatoplama kampaniyasına başlayıb
17:30 Mehriban Əliyeva İstanbulda Qəzzayla bağlı təbirə dəvət olunub
17:21 Saatlı rayonunda mənzil yanıb, bir nəfər ölüb, 2 nəfər xəsarət alıb
16:55 Dekabr ayı ərzində Azərbaycanda 3 914 partlamamış hərbi sursat və mina aşkar edilərək zərərsizləşdirilib
16:25 İsrail Qəzzada hərbi əməliyyatları müvəqqəti olaraq dayandırıb
16:20 Türkiyədə Ergenekon əməliyyatı çərçivəsində 37 nəfər həbs edilib
16:18 Binə qəsəbəsində 18 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb
16:14 2010-cu ildə dövlət vəsaiti hesabına istehsala buraxılacaq kinolayihələrin müsabiqəsi elan edilib
15:58 Misir Mərdanov təhsil müəssisələrində qış sessiyası zamanı monitorinqlərin keçirilməsi ilə bağlı əmr verib
15:52 Azərbaycan musiqisi haqqında film çəkilir
15:49 Gəncədə «Cavad xan» ədəbi bədii kompozisiyası göstəriləcək
15:27 Maştağa qəsəbəsi ərazisində 4 nəfəri maşın vurub
15:21 Təqsirləndirilən şəxs: “Hacı Qamətin Azərbaycanda cihad etməyə gücü çatmaz”
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^