|
Hadisə / 21.08.2008 14:13 İranda xarici vətəndaşları daşıyan yük maşınının aşması nəticəsində 30 nəfər ölüb, 83 nəfər yaralanıb
Yük maşını qanunsuz olaraq İran ərazisinə keçmiş xarici vətəndaşları daşıyırmış
İranın Fars vilayətinin Neyriz şəhəri ətrafında, qanunsuz olaraq İran ərazisinə keçmiş xarici vətəndaşları daşıyan yük maşınının aşması nəticəsində 30 nəfər ölüb, 83 nəfər yaralanıb. İranın “Mehr” agentliyinin yaydığı məlumata görə, hadisə bu gecə saat 01:10 radələrində baş verib. Təcili tibbi yardım mərkəzinin verdiyi məlumata əsasən, yaralılar arasında vəziyyəti ağır olanlar daha çoxdur. Yaralılar Şiraz şəhərinin Nəmazi, Fəqihi və Beheşti xəstəxanalarına çatdırılıblar. Xilasetmə əməliyyatında 21 təcili tibbi yardım maşını iştirak edib./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|