|
Siyasət / 21.08.2008 14:28 Prezident İlham Əliyev İspaniya Nazirlər Şurasının sədrinə başsağlığı verib
İspaniyanın paytaxtı Madriddə təyyarənin qəzaya uğraması nəticəsində 150-yə yaxın sərnişinin öldüyü bildirilir
Prezident İlham Əliyev İspaniya Nazirlər Şurasının sədri Xose Luis Rodriges Sapateroya Madrid hava limanında təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Xatırladaq ki, İspaniyanın paytaxtı Madriddə "Spanair" hava yollarına aid təyyarə hava limanında uçuşa hazırlaşarkən qəzaya uğrayıb. Qəza nəticəsində hava gəmisindəki 176 nəfərdən 153 -ü həlak olub, qalanları müxətlif dərəcəli xəsarətlər alıb. Qeyd edək ki, “MD-82” markalı təyyarə Madriddən Las Palmasa səfər edərkən yerli vaxtla saat 14.23-də qəzaya uğrayıb. Təyyarənin qara qutusu tapılıb və hazırda araşdırmalar davam edir. Təyyarənin qəzaya uğraması ilə bağlı daha bir versiya irəli sürülüb. Belə ki, təyyarə havaya qalxdıqdan bir qədər sonra partlayıb. Bu isə hadisənin əvvəlcədən planlaşdırılmış terror aktı olduğunu deməyə əsas verir. Hadisə ilə bağlı araşdırmaların daha tez aparılması üçün rəsmi Vaşinqton Madridə mütəxəssislər qrupu göndərəcək. Baş vermiş faciə ilə əlaqədar İspaniyada 3 günlük matəm elan olunub./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|