|
Siyasət / 21.08.2008 13:32 Sergey Kuznetsov: "Venesiya Komissiyası Azərbaycana etdiyi tövsiyələrin qəbuluna ümid edir"
Avropa Şurası Venesiya Komissiyasının seçkilər və referendumlar üzrə əməkdaşının sözlərinə görə, bu tövsiyələr qurumun iyunda keçirilmiş plenar sessiyasında qəbul edilib
Avropa Şurası Venesiya Komissiyası Azərbaycana etdiyi tövsiyələrin qəbuluna ümid edir. Bunu jurnalistələrə açıqlamasında Avropa Şurası Venesiya Komissiyasının seçkilər və referendumlar üzrə əməkdaşı Sergey Kuznetsov bəyan edib. Onun sözlərinə görə, bu tövsiyələr qurumun iyunda keçirilmiş plenar sessiyasında qəbul edilib və yaxın günlərdə Azərbaycan dilində “onlayn” variantda yerləşdiriləcək.
“Seçki zamanı şikayətlərə baxılması çox böyük əhəmiyyət kəsb edir. Şikayət edən şəxs əmin olmalıdır ki, onun şikayətinə tam obyektiv baxılacaq. Və bu təlim ərizə və şikayətlərlə məşğul olan insanlara daha dəqiq olmağa və bu sahədə olan ümumi standartları nəzərə almağa imkan verməlidir”, deyə Kuznetsov qeyd edib. Xatırladaq ki, bu gün Mərkəzi Seçki Komissiyası (MSK) Avropa Şurasının Venesiya Komissiyası və Seçki Sistemləri üzrə Beynəlxalq Fond (İFES) ilə birlikdə dairə seçki komissiyalarının katibliklərinin ərizə və şikayətlərə baxılmasına məsul olan əməkdaşları üçün «Ərizə və şikayətlərə baxılması qaydaları» mövzusunda treninq keçirib/ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|