|
Siyasət / 21.08.2008 13:19 Rumıniya prezidenti Trayan Beseskunun Azərbaycana səfəri başa çatıb
Bu gün prezident İlham Əliyev və Rumıniya prezidenti Trayan Beseskunun təkbətək işçi səhər yeməyi olub
Bu gün ölkəmizə səfər edən Rumıniya prezidenti Trayan Beseskunun Azərbaycana səfəri başa çatıb. AzərTAc-ın məlumatına görə, qonağı Heydər Əliyev adına beynəlxalq hava limanında xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər yola salıblar. Qeyd edək ki, bu gün prezident İlham Əliyevin və Rumıniya prezidenti Trayan Beseskunun təkbətək işçi səhər yeməyi olub. Söhbət zamanı Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi və əlaqələrin möhkəmlənməsi, eyni zamanda, regional əməkdaşlığın genişlənməsinə xidmət etdiyi bildirilib. Qarşılıqlı münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub. Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|