|
Siyasət / 21.08.2008 13:08 ATƏT sədri bu gün Gürcüstana səfər edəcək
Aleksandr Stubb Gürcüstan prezident Mixail Saakaşvili ilə görüşməyi planlaşdırır
Gürcüstanda baş verən hadisələrlə əlaqədar bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb bu ölkəyə səfər edəcək. «İnterfaks-Azərbaycan» agentliyinin yaydığı məlumata görə, ATƏT sədrini səfərdə qurumun 20 nümayəndədən ibarət müşahidəçi missiyası izləyəcək. Səfər çərçivəsində Aleksandr Stubb Gürcüstan prezident Mixail Saakaşvili ilə görüşməyi planlaşdırır. Müşahidəçi missiyanın isə ölkənin şərqinə baş çəkəcəyi gözlənilir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|