|
Elm / 21.08.2008 11:54 Bu gün orta ixtisas məktəblərinə 9 illik təhsil bazasından qəbul imtahanı keçiriləcək
9452 boş plan yeri uğrunda 23 min 277 abituriyent mübarizə aparacaq
Bu gün orta ixtisas məktəblərinə 9 illik təhsil bazasından qəbul imtahanı keçiriləcək. Bu haqda ANS PRESS-ə məlumat Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilib. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran,Şəki, Göyçay, Şirvan və Qubada saat 14.00-da başlanacaq. TQDK-dan verilən məlumata görə, imtahanların keçirilməsinin təşkili üçün sözügedən bölgələrdə bu məqsədlə 41 bina ayrılıb. 9452 boş plan yeri uğrunda 23 min 277 abituriyent mübarizə aparacaq. Bakı Yanğın Texniki Məktəbində oxumaq istəyən abituriyentlər də bu gün Azərbaycan Texniki Universitetində saat 14.00-da imtahan verəcəklər. Gülnaz Qənbərli \ANS PRESS\
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|