|
Hadisə / 21.08.2008 11:47 Türkiyədə partlayış baş verib
Partalyış nəticəsində 13 nəfər yaralanıb
Türkiyənin İzmir vilayətində partlayış baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İzmirin Buca mahalının Yaşıllıq prospektində polis avtomobili yolu keçərkən baş verən partalyış nəticəsində ilkin məlumata görə, 13 nəfər yaralanıb. Hadisə nəticəsində ölən yoxdur. Yaralılar dərhal Yeşilyurt Dövlət və Bozyaka Təhsil Araşdırma xəstəxanalarına çatdırılıblar.
İzmirin qubernatoru Cahit Quraq yaralananlardan birinin polkovnik, üçünün əsgər, digərlərinin isə polis olduğunu bildirib. Hadisə yerində araşdırma aparan Qubernator Quraq, Ev mahalındakı partlamanın partlayıcının uzaqdan idarəedilərək işə salındığını söyləyib. Hadisə baş verən ərazidə avtomobillərin hərəkəti dayandırılıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|