|
Hadisə / 21.08.2008 11:48 Türkiyədə PKK-çılar iki nəfəri qaçırıb
Türkiyə təhlükəsizlik xidmətinin əməkdaşları Van vilayətinin Başqala mahalında bir PKK-çını tutub
Türkiyənin Hakkari vilayətinin Mərkəz mahalında inşaat mühəndisi işləyən türk vətəndaşı PKK-çılar tərəfindən qaçırılıb. Türkiyənin Baş Qərargah Mərkəzindən verilən məlumata görə, PKK-çılar Ağrı vilayətinin Doğubayazıt mahalında da bir nəfəri qaçırıblar. Bu, Güngörən kəndinin muxtarıdır. Onların taleyi barədə məlumat verilmir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təhlükəsizlik xidməti əməkdaşları isə Van vilayətinin Başqala mahalında bir PKK-çını tutub. Həmçinin, Arıcak mahalında PKK-çılar tərəfindən 25 kiloqram amonyum nitrat istifadə edilərək hazırlanmış partlayıcı maddə tapılaraq məhv edilib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|