|
Hadisə / 21.08.2008 11:51 Bu il çimərlik mövsümündə təkcə Abşeron yarımadasında 45 nəfər boğulub
Onlardan 28 nəfəri ölüb,17 nəfərin isə həyatını xilas etmək mümkün olub
Bu il çimərlik mövsümündə təkcə Abşeron yarımadasında 45 nəfər boğulub ki, onlardan yalnız 17 nəfərin həyatını xilas etmək mümkün olub. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının rəis müavini Rauf Nağıyevin ANS PRESS-ə verdiyi məlumatda bildirilirki, dənizdə boğulub ölən 28 nəfərin əksəriyyəti uşaqlar və yeniyetmələrdir. Azər Həsənov. /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|