|
İdman / 21.08.2008 11:07 Millimiz səfərdə heç-heçə oynadı
Azərbaycan milli komandası yoldaşlıq oyununda İslandiya millisi ilə heç-heçə oyanyıb 1-1
Azərbaycan milli komandası yoldaşlıq oyununda İslandiya millisi ilə heç-heçə oyanyıb 1-1. Dünən Bakı vaxtı ilə 00:45-də İslandiyanın paytaxtı Reykyavikdə baş tutan qarşılaşmada hesabı ilk olraq millilərimiz açıb 48-ci dəqiqədə Braziliya əsilli futbolçumuz Fabio Lus Ramim cərimə zərbəsini dəqiq yerinə yetirib 1:0. İslandiyalıların cavabı çox gecikməyib 58-ci dəqiqədə Qretar Steynsson başla topu qapımızdan keçirib 1-1. Oyun ele bu hesabla da başa çatıb. Millimiz növbəti yoldaşlıq görüşünü 1 həftə sonra İran millisi ilə keçirəcək. Qeyd edək ki, bu qarşılaşma millimizin almaniyalı baş məşqçi Berti Foqtsun baçılığı altında üçüncü oyunu idi. Bundan öncə millilərimiz alman məşqçinin başçılığı altında səfərdə Bosniya Hersoqovina millisinə 1-0 məğlub olsa da, daha sonra Andorra millisini 1-2 hesabı ilə məğlub etmişdi. (hər üç qarşılaşma yoldaşlıq oyunları çərçivəsinə baş tutub)
Elvin Rəsul /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|