|
Siyasət / 21.08.2008 11:04 Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycana səfəri başlayıb
Rumın liderini Heydər Əliyev beynəlxalq hava limanında Azərbaycanin xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşılayıb
Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycana səfəri başlayıb. Rumın liderini Heydər Əliyev beynəlxalq hava limanında Azərbaycanin xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşılayıb. Sonra isə Trayan Basesku ilə Elmar Məmmədyarov arasında qısa protokol söhbəti olub. Səfər çərçivəsində, T.Basesku prezident İlham Əliyevlə də danışıqlar aparacaq. Qeyd edək ki, səfər T.Baseskunun müttəfiq ölkələrə səfəri çərçivəsində həyata keçirilir. Bundan əvvəl, o, Ukraynada olub. Rumıniya dövlət başçısının Moldova, Gürcüstan və Türkiyəyə qısamüddətli səfərlər edəcəyi gözlənilir./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|