|
Siyasət / 21.08.2008 10:26 İqbal Ağazadə prezident seçkilərində iştirak etmək üçün topladığı 50 min imzanı MSK-ya təqdim edib
Onun sözlərinə görə, bu imzalar müxtəlif dairələrdən toplanıb
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə prezident seçkilərində iştirak etmək üçün 50 min imza toplayıb. Bu haqda ANS PRESS-ə məlumat verən İqbal Ağazadənin sözlərinə görə, bu imzalar müxtəlif dairələrdən toplanıb. «İmzalar bu gün saat 11:00-da Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq. Baxmayaraq ki, bir sıra rayonlarda yerli hakimiyyət orqanlarının məmurları bizə mane olmağa çalışdılar, amma qanun çərçivəsində tələb olunan imzadan 10 min artığını toplaya bildik». Gülnaz Qənbərli \ANS PRESS\
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|