|
İqtisadiyyat / 21.08.2008 10:25 Ölkədə gübrə və neft-kimya kompleksi yaradılacaq
Kompleks qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq
Azərbaycanda yeni texnologiyalar əsasında müasir beynəlxalq standartlara cavab verəcək gübrə və neft-kimya kompleksi yaradılacaq. Ölkəmizi regionda müxtəlif növ neft-kimya məhsullarının, o cümlədən də, azot gübrələrinin istehsalçısına çevirəcək kompleks qeyri-neft sektorunun inkişafında da mühüm rol oynayacaq. Artıq kompleksdə çalışmaq üçün kadrların hazırlanması məqsədi ilə beynəlxalq şirkətlər tərəfindən uzunmüddətli treninqlər başlanıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|